Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Dmitri Bakanov dünyanın diqqətini ölkəsinə çəkən bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "Sberbank" tərəfindən hazırlanan "GigaChat" süni intellekt modelini Beynəlxalq Kosmik Stansiyaya göndərməyə hazırlaşdıqlarını deyib.

Bu barədə Rusiyanın Nijni Novkorod şəhərində keçirilən “CIPR 2025” konfransında söz açan "Roskosmos"un prezidenti bildirib ki, bundan sonra rus kosmonavtlar süni intellektlə dəstəklənəcək: ""GigaChat'ı internet provayderinə göndərəcəyik. İnsanlı kosmos ekspedisiyasını ilin sonuna qədər bitirmək istəyirik. Biz buna nail olacağıq"

Xatırladaq ki, Rusiyanın ən böyük bankı olan "Sberbank" tərəfindən 2023-cü ildə hazırlanan "GigaChat" süni intellekt modeli "ChatGPT"yə alternativ sayılır.

Firudin Səfərli
MİA.AZ