Pakistanın Kəraçi şəhərində ötəngecə baş verən zəlzələdən sonra maraqlı hadisə baş evrib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, zəlzələnin yaratdığı panikadan sui-istifadə edən 200-dən çox məhbus həbsxanadan qaçıblar.
Məlumata görə, yerli hüquq-mühafizə orqanlarə hazırda onlarıntutulması üçün geniş miqyaslı əməliyyata başlayıb: "Artıq onlardan 107 nəfəri saxlanılıb. Digərlərinin tutulması üçün axtarış davam edir".
Fərid ASLAN
MİA.AZ