Kolumbiya hökuməti ölkə tarixinə düşəcək aksiyaya start verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökuməti narkotik istehsalının qarşısını almaq üçün təşviq kampaniyasına başlayıb.
Məlumata görə, hökumət kokain və ya digər narkotik bitkilərini kökündən çıxarıb atılması və yerində digər bitkilərin əkilməsi üçün fermerlərə kompensasiya ödəyəcək: "Kolumbiya hökuməti fermerlərə ölkə tarixində ən yüksək səviyyəyə çatan kokain istehsalını dayandırmaq üçün əlverişli təklif edir: narkotik tərkibli bitkiləri kökündən çıxar, at, yerində qəhvə və ya kakao ək, dövlətdən 300 dollar pul al! Artıq dövət bu layihə çərçivəsində 45 min hektar narkotik sahəni yerli-dibli təmizlətmək istəyir. Bunun üçün 14,4 milyon dollarlıq layihəyə start verib. İndiyədək 4000 ailə ilə razılaşma əldə olunub. Məqsəd üç fərqli bölgədə ümumilikdə 45.000 hektar kokaai sahəsini məhv etməkdir. düzdür, bu, bəzi bölgələrdə narahatlıq yaradıb. Məsələn, Argeliyada yaşayan Alirio Kaysedo və onun oğlu Nikolas illərdir kokain yetişdirməklə dolanırlar. Amma indi dövlətin ödədiyi pulla bitkiləri kökündən çıxarıb qəhvə əkininə keçirlər. O deyir ki, bu ən azı həbs təhlükəsini ortadan qaldırsa da, qazanclaırna ciddi təsir edib. Çünki kokain əkiini ayda təxminən 800 dollar qazanırırdı. İndi onlar qəhvə üçün cəmi 300 dollar alırlar".
Məlumatda deyilir ki, Kolumbiyanın kənd yerlərində ni silahlı qruplar dövlətin güc qurumlarından daha güclü təsirə malikdir: "Onlar fermerləri təhdid edir, narkotik becərməyə məcbur edirlər. Onlar istəmir ki, dövlətin təşviqi ilə narkotik becərilməsindən imtina olunsun..."
Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ