Sabah Çempionlar Liqasının finalı oynanılacaq.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk futbolçu Hakan Çalhanoğlunun da formasını geyindiyi "İnter" və PSJ" sabah üz-üzə gələcək.
Məlumata görə, Bakı vaxtilə saat 22:00-da başlayacaq final TRT 1-də canlı yayımlanacaq.
Finalı Rumıniya Futbol Federasiyasından İstvan Kovacs idarə edəcək.
Onu da qeyd edək ki, bu komandalar tarixlərində heç vaxt rəsmi oyunlarda bir-biri ilə yarışmayıb.
PSJ və "İnter" tarixdə ilk dəfə rəsmi oyunda üz-üzə gələcək.
Fərid ASLAN
MİA.AZ