Türkiyə polisi beynəlxalq axtarışda olan şəxslərə qarşı mühüm əməliyyatlar keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama yayıb.
Nazir qeyd edib ki, Antalya, Aydın, İstanbul, Muğla, İzmir və Bursada keçirilən əməliyyatlarla axtarışda olan ümumilikdə 23 nəfər tutulub:
"Almaniya, Rusiya, Özbəkistan, Türkmənistan, İran, İraq, Əlcəzair, ABŞ, Qazaxıstan, Albaniya və Tacikistandan olan, aralarında qadınların da olduğu beynəlxalq səviyyədə axtarışa verilmiş ümumilikdə 23 nəfər saxlanılıb. Onlar cinayət təşkilatlarına üzv olmaq, qəsdən narkotik alveri, qəsdən adam öldürmə və sair cinayətlər üzrə axtarışda olanlardır".
Məlumatda deyilir ki, türk polisi müəyyən sənədləşmələrdən sonra "İnterpol"un axtarışında olan bu şəxsləri qarşı tərəfə təhvil veəcək.
Firudin Səfərli
MİA.AZ