"Ukraynanın danışıqların yeni raundu ilə bağlı mövqeyi qeyri-müəyyəndir, bizə aydın deyil. Sanki qarşı tərəfdə isterika yaranıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya-1” telekanalına açıqlamasında deyib.

O bildirib ki, Ukrayna tərəfi danışıqların yeni raundunda iştirak edib-etməyəcəyi ilə bağlı onlara konkret məlumat verməyib: "Biz gözləyirik".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında danışıqlar mayın 16-da İstanbulda keçirilib. Dünən XİN başçısı Lavrov ikinci raundunda İstanbuld akeçiriləməsi üçün Kiyevə təklif göndəridklərini deyib.

Ukrayna tərəfi isə Rusiyaya danşıqların davamı üçün paket snəd göndərdiklərini bəyan edib...

Zülfiyyə Mustafayeva
MİA.AZ