Lənkəranda 68 yaşlı kişi öldürülüb.
Hadisə Vilvan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb. Onun üzərində kəsici-deşici alətlə vurulan xəsarətlər qeydə alınıb.
V.Səbziyevin hansı şəraitdə və kim tərəfindən öldürülməsi hələ məlum deyil.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır/Report