İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Vəqfinin əməkdaşları Qəzzada həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İHH bəyanat yayıb.
Bildirilib ki, yardım layihəsində çalışan 5 nəfər İsrailin hücumu nəticəsində həyatını itirib: "İsrailin hücumları nəticəsində Ümumdünya Qida Proqramı (WFP) ilə Qəzzada həyata keçirdiyimiz layihədə işləyən 5 əməkdaşımız təəssüf ki, həyatını itirib, 2 nəfər isə ağır yaralanıb. Bu dəhşətlii hadisə bizi dərindən sarsıdıb".
Təşkilat bu hücumu sərt şəkildə qınayıb.
Xəbərdə ölənlərin adları da açıqlanıb: Məhəmməd əl-Mübeyid, Əhməd Bustan, Mötəz Rəcəb, İshaq əl-Tayf və Camal əl-Mübeyyid.
Tahir Şəlvəli
MİA.AZ