Səudiyyə Ərəbistanının "Əl Nassr" komandasında forma geyinən məşhur hücumçu Kriştiano Ronaldo komandadan rəsmən ayrılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bununla bağlı vida mesajı paylaşıb.

Ronaldo mesajında yazıb: "Bu fəsil bitdi. Hekayə? Yenisi hələ yazılır. Hər kəsə minnətdaram".

Bəzi iddialara görə, Ronaldo futbolçu karyerasına başladığı klub olan "Sportinq"a geri dönüb, orada karyerasını nöqtələyəcək.

Xatırladaq ki, bu mövsüm "Əl Nəsr"də 41 matçda forma geyinən Ronaldo 34 qol vurub, 4 məhsuldar ötürmə edib. 

O, karyerası boyu 936 qola imza atıb.

Fərid ASLAN
MİA.AZ