Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, başda İzmir olmaqla 5 iri şəhərdə Fətullahçı Terror Təşkilatında (FETÖ) qarşı keçirilən əməliyyatda ümumilikdə 33 şübhəli saxlanılıb.
Məlumata görə, onların ev və iş yerlərində axtarış aparılıb: "İzmir, İstanbul, Hatay, Qaziantep və Manisada keçirlən axtarış zamanı pul, qızıl və xeyli sənədlər ələ götürülüb".
Xəbərdə deyilir ki, bu istintaq çərçivəsidə 8 nəfər isə axtarışa verilib.
Firudin Səfərli
MİA.AZ