İspaniyanın "Real Madrid" komandası xorvatiyalı məşhur futbolçu Luka Modriçlə yollarını ayıracaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Bildirilib ki, Modriç yayda ABŞ-da keçiriləcək 2025 FIFA Klublararası Dünya Çempionatından sonra komanda ilə vidalaşacaq: "Həm klubumuzun, həm də futbol dünyasının canlı əfsanəsinə çevrilmiş Modriçə dərin təşəkkürümüzü bildiririk"
Xatırladaq ki, peşəkar karyerasına 2003-cü ildə Xorvatiyanın "Dinamo Zaqreb" komandasında başlayan Modriç oradan "Tottenhem"ə keçib. 2012-ci ildə isə o, "Real Madrid"ə transfer olub. Modriç Madrid klubu ilə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klublararası Dünya Kuboku, UEFA Super Kuboku, İspaniya Superkuboku, 4 LaLiga, 2 İspaniya Kral Kuboku və FIFA Qitələrarası Kubokunu qazanıb.
Təcrübəli futbolçu Real Madridin 123 illik tarixində ən çox kubok (28) qazanan futbolçu ünvanı daşıyır
Fərid ASLAN
MİA.AZ