Milli Onkologiya Mərkəzi tərəfindən tibbi və sair avadanlıqların satın alınması məqsədilə elan olunmuş tenderin nəticələri açıqlanıb.

Mia.az Fed.az-a xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub.

Tenderin ümumi dəyəri 2.096.929,62 AZN təşkil edir. Müqaviləyə əsasən, “Azəri Med” MMC mərkəzin ehtiyaclarına uyğun tibbi cihazlar, diaqnostik avadanlıqlar və digər texniki vasitələrin təchizatını həyata keçirəcək.

Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F ünvanında yerləşir.

Onu da qeyd edək ki, sözügedən şirkətin qeyri-rəsmi sahibinin deputat Kəmaləddin Qafarov olduğu deyilir.

MİA.AZ