Ukraynanın keçmiş prezidentinin əsas köməkçisi 3 güllə ilə öldürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə İspaniyanın paytaxtı Madriddə baş verib.

Məlumata görə, keçmiş prezident Viktor Yanukoviçin baş köməkçisi olmuş Andrey Portnov Madriddə naməlum şəxslər tərəfindən güllələnib.

Madrid polisindən bildirilib ki, o, yerli vaxtla səhər saat 9:15-də Madrid Amerika Məktəbinin qarşısında vurulub: "Fakt dərindən araşdırılır...".

İspaniyanın “El Pais” qəzeti yazıb ki, onu güllələyənlər iki və ya üç nəfər olub: "Ona azı 3 güllə sıxılıb. Portnov elə hadisə yerindəcə ölüb".

Xatırladaq ki, o, 2014-cü ildə Avromaydan inqilabında devrilmiş Yanukoviçin baş köməkçisi olub.

Firudin Səfərli
MİA.AZ