"Beşiktaş" futbolçu Gaoussou Diarranın transferi ilə bağlı yayılan xəbəri təkzib edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, Gaoussou Diarranın transferi ilə bağlı mediada yer alan xəbərlər tamamilə əsassızdır: "Azarkeşlərimizdən bir daha xahiş edirik ki, yalan xəbərlərə inanmayın"

Fərid ASLAN
MİA.AZ