Türkiyə super liqasını tərk edən sonuncu komanda da bəlli olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 36-c turda səfərdə "Samsunspor"a 1:0 hesabı ilə məğlub olan Rıza Çalımbayın baş məşqçisi olduğu "Sivasspor" "Adana Dəmirspor" və "Atakaş Hatayspor"dan sonra birinci liqaya yuvarlanan üçüncü komanda olub.
"Samsunspor" isə bu nəticədən sonra xalını 60-a yüksəldərək yenidən üçüncü pillədə qərarlaşıb.
Liqanın növbəti həftəsində “Samsunspor” səfərdə “Trabzonspor”un qonağı olacaq. S
Fərid ASLAN
MİA.AZ