"Başakşəhər Avropa liqasına yenidən döndü. Biz bu liqada təkrar oynayacağıq. Sevincliyik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri ötən axşam "Kasımpaşa"nı 3:2 hesabı ilə məğlub edərək avroliqaya vəsiqəni təmin edən "RAMS Başakşehir"in baş məşqşisi Çağdaş Atan deyib.
Mətbuat konfransında sualları cacablandıran Atan xatırladıb ki, ötən mövsüm avroliiqada çox yaxşı oynayıbar: "Çox yaxşı başladığımız, Avropada pley-offa məğlubiyyətsiz keçdiyimiz və liqa formatına vəsiqə qazandığımız, liqada yaxşı çıxış etdiyimiz dövrümüz oldu. Daha sonra təcrübəsizlikdənirəliləyə bilmədik. İndisə yüni fürsət qazandıq"
Ardıcıl 2 mövsüm "Başakşehir"i Avropaya daşıyan məşqçin "Kasımpaşa" ilə matçdan özünə yaraşdırmadığı xoşagəlməz hala yol verdiyini etiraf edib: "Bu uğur üçün bir-birimizi incitdik. Bu matç zamanı "Kasımpaşa"nın ehtiyat oyunçular skamyasında yaşanan gərginlik olmamalı idi. Bu gün böyük səhv etdim. Məşqçi Serhat Sütlü ilə mübahisə etdim. Əslində, çox sevdiyim bir böyüyümüzdür Niyə belə bir ruh halına düşdüyümü bilmirəm. Etdiyim səhvi üzrxahlıqla ört-basdır etmək mümkün deyil"
Fərid ASLAN
MİA.AZ