"Fənərbağça"nın ulduz futbolçusu Osayi-Samuelin evinə oğru girib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oğrular 27 yaşlı nigeriyalının evindən xeylıi qiymətli əşya oğurlayıbar. 

Məlumata görə, polis hadisəni araşdırır: "Oğru və ya oğrular axtarılır"

Xatırladaq ki, mövsümün sonunda müqaviləsi başa çatacaq 27 yaşlı sağ cinah müdafiəçisinin karyerasını İngiltərədə davam etdirəcəyi gözlənilir. 

Fərid ASLAN

MİA.AZ