Türkiyə Superliqasının 36-cıturunda "Bellona Kayserispor"u 3:0 hesabı ilə məğlub edən "Qalatasaray" yarıçlın bitməsinə iki həftə qalmış çempionluğunu elan edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra sevincin bölüşən argentinaklı hücumçu İkardi deyib: "Komandamız əvvəldən indiyədək çox yaxşı oynadı.Biz çox vacib yaxşı oyunçulardan ibarət komandayıq. Bu komanda ilə həm kuboku, həm də liqanı qazana bildik. Bura çox böyük cameədir. Yenidən çempion oluruq. Bu, tamam başqa hissdir. Qürurkluyuq"
Nigeriyalı qolçu Viktor Osimhen də bu mövsüm yaxşı oynadıqlaırnı qeyd edib: "Çox xoşbəxtəm. "Qalatasaray" tarixinə düşmək çox gözəl hissdir"
Osimhen komandada qalıb-qalmayacağı ilə bağlı suala isə belə cavab verib: "Hələlik gələn mövsüm nə olacağını bilmirəm. Gələcək haqqında düşünmürəm və anın həzzini alıram"
Davinson Sançez kuboku qazanmaq üçün çox çalışdıqlarını bildirib: "Şübhəsiz ki, çempionluğa layiq idik. Mövsüm boyu mübarizə apardıq. Qələbə qazanmaqdan həqiqətən həzz alırıq".
Barış Alper Yılmaz da bu uğur üçün 11 aydır çalışdıqlarını deyib: "Hər zaman mənəvi və fiziki cəhətdən hazır olmalıyıq. Bu mövsüm həqiqətən gərgin keçdi. Biz xoşbəxtik. Bu, həm də üçüncü çempionluğum idi..."
Fərid ASLAN
MİA.AZ