16 ildən sonra Super Liqaya yüksələn və bundan sonra baş məşqçi İsmet Taşdemirlə yollarını ayıran "Kocaelispor" onun yerinə kimi gətirəcəyini müəyyənləşdirmək üzərdir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyinin artıq Volkan Dəmirəllə masaya oturması haqda məlumatlar ciddiləşib.
"Demokrat Kocaeli" yazıb ki, İzmitə gələn tbaş məşqçi Volkan Dəmirəllə qapalı görüş keçirilib: "Şərtlər qarşılıqlı müzakirə edilib. Artıq tərəflərin razılaşma ərəfəsində olduğu kulislərdə dolaşır..."
Xatırladaq ki, Volkan Dəmirəl bu mövsüm "Bodrum FK"nın baş məşqçisi kimi 13 rəsmi matçda meydana çıxıb. Lakin o, uğur qazana bilməyi və istefaya gedib.
Firudin Səfərli
MİA.AZ