“Fənərbağça” daha bir futbolçu ilə müqaviləni yeniləyib

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, İsmayıl Yükseklə müqavilə 2028-ci ilə qədər uzadıılıb: "Müqaviləsi 2027-ci ildə başa çatacaq İsmail Yükseklə yeni müqavilə imzalanıb. O, daha bir il - 2028-ci ilə qədər klubun şərəfini qoruyacaq"

Fərid ASLAN
MİA.AZ