Türkiyənin Kahramanmaraş bölgəsində haqlarında deport qərarı çıxarılmış qanunsuz miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Göksun-Kayseri avtomobil yolunun Mahmutbey məhəlləsi yaxınlığında baş verib.

Məlumata görə, mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 22 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar: "Xəsarət alanlardan 6-sı isə deport olunan şəxslərə nəzarət üçün mikroavtobusda olan jandarma əməkdaşları olublar".

Lamiyə Əhmədli
Mia.az