Tərtərdə baş verən qətllə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
Tərtərdə qayınata gəlini öldürüb.
Mia.az xəbər verir ki, Poladlı kəndində Şəhriyar Hüseynov gəlini Hafizə Rzayevanı qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.