Səudiyyə Ərəbistanı Pro Liqasının 31-ci turunda Fatih Terimin sükanı arxasında olduğu "Əl Şabab" türkiyəli futbolçu Merih Dəmiralın formasını geyindiyi "Əl Əhli" ilə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ər-Riyadın “Əl Şabab” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 26-cı dəqiqədə Məhəmməd Əl-Thainin, 33-cü dəqiqədə isə Əbdərəzak Hamdallahın qolları ilə 2-0 önə keçiblər.
Bu qoldan 3 dəqiqə sonra "Əl Əhli" fərqi 1-ə endirib, lakin 65-ci dəqiqədə "Əl Şabab" Abderrazak Hamdallahın qolu ilə fərqi yenidən artırlıb - 3:1
77-ci dəqiqədə isə Abderazak Hamdallah ikinci sarı vərəqə alaraq meydandan sovulub
Bu nəticə ilə 6-cı yerdə olan "Əl Şabab" 54 xalla sahiblənib. "Əl Əhli" isə 61 xalla 4-cü yerdə qərarlaşıb.
Xatırladaq ki, Merih Dəmiral “Əl Əhli”nin heyətində 90 dəqiqə meydanda qalıb.
Fərid ASLAN
Mia.az