Paytaxtda və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Cəlilabad, Yevlax və Xəzər rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlarda 62 yaşlı M.Mirzəyev, 44 yaşlı R.Müsatayev və həmyaşıdı E.Aslanov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə olan marixuana və 2 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.