Türkiyədə avtobus qəzaya uğrayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Van-Bitlis avtomobil yolunun Akdamar adası yaxınlığında baş verib.
Məlumata görə, sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər xəsarət alıb: "Onlar xəstəxanaya aparılıb. Bəzilərinin əziyyəti ağırdır. Hadisənin səbəbi araşdırılır".
Samir Musayev
Mia.az