Aprelin 23-də İstanbul və ətraf şəjhərlərdə baş verən zəlzələnin qorxusu bitməmiş daha bir şəhərdə ard-arda zəlzələ qeydə alınıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, bu gün Bakı vaxtilə saat 08:23 və 08.29-da Kütahyanın Simav rayonunda 4,5 və 3,9 bal gücündə iki ard-arda zəlzələ baş verib.
Zəlzələlərin 8,81 və 11,61 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Ölən, yaralanan və dağıntılar yoxdur.
Zülfiyyə Mustafayeva
MİA.AZ