Türkiyədə daha bir zəlzələ olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Elazığın Sivrice rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Elazığla yanaşı, Malatya, Tunceli, Adıyaman, Diyarbakır, Kahramanmaraş, Şanlıurfa, Qaziantep, Ərzincan və Sivas kimi ətraf şəhərlədə də öz təsirini göstərib.
Elazığ valisi Numan Hatipoğlu zəlzələdən sonra şəhərdə ölən və yaralananların olmadığını deyib.
Zülfiyyə Mustafayeva
MİA.AZ