Türkiyənin məşhur siyasi sorğu mərkəzlərindən olan ORC Mərkəzi İstanbul, Ankara, İzmir, Bursa və digər böyük şəhərlərdə sorğu keçriib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərkəz "əgər bu bazar bələdiyyə sçekiləri olarsa, hansı partiya və onun namizədinə səs verərsiniz?" sualı ilə adıçəkilən şəhərlərdə seçicilərə üz tutub.
Məlumata görə, son bələdiyyə seçkilərdə CHP-nin 47,62 faiz səslə qalib gəldiyi Bursada respondentlər bu dəfə AK Partiyaya "hə" deyiblər: "Bu dəfə bursalılarınn 33.6 faizi AK Partiyaya, 29.8 faiz isə CHP-yə səs verəcəklərini açıqlayıb. Lakin İstanbul, Ankara və İzmirdə CHP yenə də üstün vəziyyətdədir...".
Firudin Səfərli
MİA.AZ