Abşeron rayonunda 52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Mia.az Report-a istinadla xəbər verir ki, 1978-ci il təvəllüdlü Məmmədov Kənan Rəsul oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
O, ötən gün axşam saatlarında Mehdiabad qəsəbə sakini, 1973-cü il təvəllüdlü İftixar Həşimov qətlə yetirməkdə şübhəli bilinir.