Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İstanbul, Ankara, Yozqat və Gümüşhanedə keçirilən əməliyyatla 36 şübhəli saxlanılıb.

Bildirilib ki, şübhəli şəxslərin ev və iş yerlərində axtarış zamanı çoxlu sayda rəqəmsal materiallar, o cümlədən qadağan olunmuş nəşrlər, zəncir marketlərdən əldə edilən hədiyyə kartları, 27.440 avro, 128.629 dollar, 452.522 lirə və 10 milyon tl-dən çox dəyərə sahib qızıllar aşkarlanaraq götürülüb.

Tahir Şəlvəli

MİA.AZ