Türkiyədə daha bir bir kriminal dəstəyə qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmir polisi və prokurorluğu birgə əməliyyatla cinayət törətmək məqsədi ilə qanunsuz təşkilat yaratmaq, soyğunçuluqla, hədə-qorxu və siar cinayətlər törətməkdə ittiham olunan U.G ad-soyadlı şəxsin liderlik elədyi kriminal dəstəni çökəldiblər.
Məlumata görə, əməliyyat zamanı qondarma təşkilatın 12 üzvü və lideri qandallanıb: "Onların üzərindən qanunsuz gəzdirdikləri silahlar götürülüb. Faktla bağlı araşdırma davam edir".
Firudun Səfərli
MİA.AZ