Xəbər verdiyimiz kimi, "Azərlotereya" ASC-nin Kommersiya və planlaşdırma üzrə Baş rəhbəri Emir Türkmen vaxtı ilə, daha dəqiqi, 2017-ci iləd prezident Ərdoğana qarşı Türkiyədə “Hayır” ("Yox") kampaniyasını dəstəkləyənlərdən olub.
O, bu barədə 2017-ci ildə sosial şəbəkədə "Hayır" sözü yazılmış fotosunu profil fotosu edib.
Reyting.az 32gün.az-a istinadla xəbər verir ki, bu gün isə diqqətçəkən məqam "Azərlotereya" ASC-nin Kommersiya və planlaşdırma üzrə Baş rəhbəri Emir Türkmenin Instagram"dakı hesabında erməni bayrağı paylaşmasıdır.
E.Türkmən "Been to:" yazaraq getmiş olduğu ölkələrin bayraqlarını paylaşıb. "Bio" deyilen hissədə yazılan qeyddən belə anlamaq olur ki, o, Azərbaycandan sonra Ermənistana yollanıb.
Həmin fotonu təqdim edirik: