Tovuz rayonunda yeni doğulan körpə ölüb.
Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib: “2025-ci il martın 5-də saat 17:30 radələrində Gədəbəy rayon sakini, 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qeysəriyyə üsulu ilə çəkisi 3 min 500 qram, boyu 50 sm olan körpə (oğlan) doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib. Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 2025-ci il martin 5-i saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb”.