Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan partiyaların deputat saylaırnda dəyişiklik baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın lideri olduğu AK Partiyanın mandat sayı 269-dan 272-yə yüksəlib.

Məlumata görə, nu, AK Pariyanın bir neçə gün əvvəl keçirilən qurultayında rəsmiləşib: "Həmin qurultayda Gələcək Partiyasından istefa verən Antalyadan millət vəkili Serap Yazıcı Özbudun, İstanbuldan müstəqil deputat Mehmet Səlim Ensarioğlu və Konyadan  müstəqil deputat Ünal Karaman Ərdoğanın çətiri altına giriblər. Bununla da iqtidar partiyasının parlamentdəki təmsilçilərinin sayı 272-yə yüksəlib"

Məlumatda deyilir ki, hazırda TBMM-də 10 müstəqil deputat və aşağöıdakı partiyaların təmsilçiləri var:

AK Partiya: 272

CHP: 133

DEM Partiyası: 57

MHP: 47

İYİ Partiya: 28

Yeni Yol Partiyası: 24

HUDA PAR: 4

Yeni Rifah Partiyası: 4

Türkiyə Fəhlə Partiyası: 3

Demokratik Regionlar Partiyası: 2

Gələcək Partiyası: 2

İşçi Partiyası: 2

Demokratiya və Tərəqqi Partiyası: 2

Səadət Partiyası: 1

Demokratik Sol Partiya: 1

Demokrat Partiyası: 1

Firudin Səfərli

MİA.AZ