İstanbulda daha bir cinayətkar təşkilata qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Anadolu Prokurorluğu məlumat yayıb.
Qeyd edilib ki, Şahin Kılıççekenin rəhbərlik etdiyi kriminal dəstənin 17 üzvü saxlanılıb: "Onlardan 15-i haqda həbs tədbiri seçilib, 2 nəfər isə ev dustaqlığına buraxılıb".
Məlumata görə, kriminal dəstə talama, adam girovgötürmə, sui-qəsd, təhdid, cərackəsmə və siar cinayətlərdə ittiham olunurlar.
Firudin Səfərli
MİA.AZ