Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Mia.az unikal.az-a istinadən xəbər verir ki, proses bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutub.

Prosesdə təqsirləndirilən şəxslər tanınmış təhsil eksperti Kamran Əsədov və Gündüz Abbasov, həmçinin şahidlər, zərərçəkmişlər və DİM nümayəndələri iştirak edir.

Qeyd edək k, bundan əvvəlki prosesdə yanvarın 23 tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmə zalından həbs edilib. K.Əsədov və G.Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub