Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində həbslər olub.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinən Fərrux Cahangirov və Gilənar Quliyeva saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.