Türkiyə ordusunun Hərbi Hava Qüvvələrində FETÖ-yə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Respublika Prokurorluğu məlumat açıqlayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələri Komandanlığına sızmış Fətullahçı Terror Təşkilatı (FETÖ) mənsublarına qarşı baş tutan uğurlu əməliyyatla 14 nəfər barəsində həbs qərarı çıxarılıb.

İddia olunur ki, saxlanılanlar Ankarada köşk, ərzaq mağazası və market kimi iş yerlərində yerləşən stasionar telefonlardan istifadə edərək təşkilatın “mülki liderləri” ilə əlaqə saxlayıb, onlardan gizli təlimat alıblar: "İstintaq davam edir".

Firudin Səfərli
MİA.AZ