Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen mart ayında Ukraynaya əlavə olaraq 3,5 milyard avroluq yeni yardm paketi ayrılacağını təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Kiyevdə Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümü ilə bağlı Kiyevdə keçirilən beynəlxalq sammitdəki çıxışında söz açıb.
Aİ rəsmisi Trampdan fərqli olaraq, Avropanın azad və suveren Ukrayna və onun liderinə böyük inam bəslədiyni xüsusi vurğulayıb: "Ukraynadakı müharibə Avropanın gələcəyi üçün ən böyük və mühüm böhran olaraq qalır. Bu gün Rusiyanın təhdidi təkcə Ukraynanın deyil, Avropanın da taleyinin təhlükə altında alıb. Bu səbəbdən bizim ilk prioritetlərimizdən biri Ukraynanın müqavimətini gücləndirməkdir. Aİ və onun üzvü olan ölkələr indiyədək Ukraynaya 134 milyard avro yardım edib. Və bu, davam edəcək".
Von der Leyen Ukrayna fondu və G7 krediti sayəsində Ukraynanın 2025-ci il büdcə kəsirinin bağlandığına da diqqət çəkib: "Biz təcili surətdə silah və sursatların çatdırılmasını sürətləndirməliyik. Ukraynanın suverenliyinə sərmayə qoymaq gələcək müharibələrin qarşısının alınmasına sərmayədir. Bu məqsədlə, dediyim kimi, Aİ-nin Ukraynaya dəstəyi davam edəcək. Avropa bu kritik anda Ukraynanı dəstəkləmək üçün buradadır. Mart ayında Ukraynaya 3,5 milyard avroluq yeni ödəniş paketini elan edəcəyik".
Aİ rəsmii Ukraynanın enerji təhlükəsizliyi üçün də bir paket də hazırladıqlarını qeyd edib: "Gələn ilin sonuna qədər Ukrayna və Moldovanın elektrik bazarlarını elektrik enerjisi bazarımızla tam inteqrasiya edəcəyik".
Von der Leyen qeyd edib ki, ədalətli və davamlı sülh yalnız güclə əldə edilə bilər.
Lamiyə Əhmədli
MİA.AZ