"3 il müqavimət, 3 il minnətdarlıq. 3 il ukraynalıların mütləq qəhrəmanlığı. Mən Ukrayna ilə fəxr edirəm".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Ukraynaya hücumunun 3-cü ildönümü ilə bağlı Zelenski son paylaşımında yazıb.

O, daha sonda belə davam edib: "Ukraynanı qoruyan və ona kömək edən hər kəsə təşəkkür edirəm. Dövlətimiz və xalqımız üçün canından keçən hər kəsin xatirəsi əbədi olsun".

Xatırladaq ki, bu gün Ukraynanı dəstəkləyən liderlər müharibənin üçüncü ildönümü ilə bağlı Kiyevə toplaşıb.

Gələnlər arasında Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Latviya prezidenti Edqars Rinkeviçs, İspaniyanın baş naziri Pedro Sançes, Litva prezidenti Gitanas Nauseda və digər ali qonaqlar da var.

Samir Musayev
MİA.AZ