Goranboyda təcili yardım maşını piyadanı vuraraq öldürüb.

Hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Təcili Tibbi Yardım maşını yolu qarşı tərəfə keçən gənc oğlanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib(Report).

Faktla bağlı araşdırma aparılır.