İstanbul polisi İŞİD terror təşkilatından hücum əmri alan şəxsi qandallayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, şəhərdəki yəhudi məktəblərinə və sinaqoqlara hücum etməyə hazırlaşırmış.

Məlumata görə, addım-addım izlənilən terrorçu həbs edilib.

İstanbul Polisi faktı təsdiqləyib. Bildirilib ki, Türkiyədə yəhudi məktəblərinə və sinaqoqlara qarşı terrora hazırlaşan şübhəlinin şəxsiyyəti və ünvanını müəyyənləşdikdən sonra o, saxlanılıb

Ad-soyadının baş hərfləri A.A. olan terrorçu ilə bağlı araşdırma davam edir.

Samir Musayev
MİA.AZ