Bu gün Prezident Ərdoğan NATO-nun baş katibi Rutte ilə telefonla danışıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar.

Prezident Ərdoğan bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya arasında müharibənin bitməsi üçün əlindən gələni edir: "Biz bundan sonra da üzərimizə düşəni edəcəyik. Müharibə edən tərəflər də daxil olmaqla, bir çox beynəlxalq təşkilatların liderləri və təmsilçiləri ilə əlaqə saxlayırıq. Hesab edirəm, ədalətli və daimi sülh mümkündür. Biz bu prosesə töhfə verməyə hazırıq"

Firudin Səfərli
MİA.AZ