Ankarada Birləşmiş Metal-İş Birliyinin şöbə sədri ilə katibi arasında silahlı insident baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çankaya rayonunda Birləşmiş Metal İşçiləri Peşəsi Anadolu Şöbəsinin sədri Deniz İlqan ilə katibi Erdinç Qoç arasında naməlum səbəbdən mübahisə düşüb.
Məlumata görə, mübahisə davaya çevrilib: "Sədr Deniz Liqan tapança ilə Koça atəş açıb. Daha sonra isə o, özünü vurub".
Firudin Səfərli
MİA.AZ