Ankarada şantaj və hədə-qorxu ilə saxta sənədər imzalatdırmaqla 4 nəfərdən 17 milyon lirəsini ələ keçirən şəxslər qandallanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Respublika Prokurorluğu açıqlama yayıb.
Bildirilib ki, 4 nəfərin şikayəti üzrə eyni vaxtda başlayan əməliyyatla 5 nəfər saxlanılıb: "Onlar eyni dəstənin üzvləri olublar. Şübhəli şəxslərə aid ünvanlarda aparılan axtarışlarla sənədsiz silahlar və digər sübutlar aşkarlanaraq götürülüb".
Məlumata görə, faktla balı cinayət işi açılıb, araşdırma aparılır.
Firudin Səfərli
MİA.AZ