Naxçıvanda polis əməliyyatı keçirilib.
Mia.az xəbər verir ki, narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatla 60 yaşlı İslam Nəcəfov, 58 yaşlı Kəmaləddin Səfərli, 38 yaşlı Elnur Babayev və 35 yaşlı Türkanə Tahirova saxlanılıb.
Məılumata görə, onlardan külli miqdarda heroin, marixuana, psixotrop maddə metamfetamin və kultivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.