Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Fənərbağça" doğma meydanında "Anderlext"i qəbul edib.
Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 21.45-də başlayan oyunda hesaab 11-ci dəqiqədə açılıb.
Tadiç "Fənərbağça"nı önə çıxarıb - 1:0
42-ci dəqiqədə Dzeko fərqi artırıb - 2:0.
57-ci dəqiqədə isə En Nesry fərqi 3-ı çatdırıb - 3:0.
Oyun bu hesabla başa çatıb.
Bu o deməkdir ki, İstanbul klubu cavab oyununa rahat çıxacaq.
Fərid ASLAN
MİA.AZ