Bakı, Sumqayıt və Abşeronda dələduzluq edən şəxslər saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq tutulublar.