"ABŞ prezidenti Donald  Trampın Qəzza planı qəbuledilməzdir".
 
Mia.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici işlər naziri Hakan Fidan deyib.

XİN başçısı Qəzzaya ABŞ-a sahiblənmək və oradakı fələstinlilərin qonşu ölkələrə köçünü düşünmək belə mümkün deyil: "ABŞ prezidenti Trampın Qəzza ilə bağlı məlum açıqlaması dünyanı şoka saldı. Trampın Qəzza planı qəbuledilməzdir. Üstəlik, deportasiya məsələsi də nə bölgənin, nə də bizim qəbul edə biləcəyimiz bir məsələdir. Bunu düşünmək belə absurddur. Bunu müzakirəyə çıxarmaq belə düzgün deyil".

Firudin Səfərli 

MİA.AZ