İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu haqqında ittiham hazırlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Respublika Baş prokuroru Akın Gürlek və ailəsi haqqında söylədiyi ifadələrə görə "terrorla mübarizə aparan insanları hədəf alma", "təhqir" və "təhdid" ittihamları ilə günahlandırılan İmamoğlunun 2 il 8 aydan 7 il 4 aya qədər həbsi tələb olunur.

Məlumata görə, hazırda ittiham aktı əsasında cinayət işi araşdırılır.

Firudin Səfərli
MİA.AZ